“Türkiyə Cumhuriyyətinin izmit Bələdiyyəsinin təşəbbüsü və Nəsimi Bələdiyyəsinin iştirakıyla Milli Parkda “Mehtər marşı”nın sədaları altında dəstək yürüşü keçirilib”- bu barədə məlumat Nəsimi bələdiyyəsindən daxil olub.
Məlumatda bildirilir ki, 14-17 iyul aralığında Nəsimi RiH-in təşəbbüsü ilə keçirilən “Pişmaniyyə festivalı“ qardaş Türkiyədə baş vermiş dövlət çevrilşinə cəhdlə bağlı baş vermiş hadisələrlə əlaqədar təxirə salındı. nümayəndə heyəti vətənə yola düşməzdən əvvəl Milli Parkda öz ölkəsinə dəstək olaraq Nəsimi Bələdiyyəsinin iştirakıyla yürüş təşkil edib.
Yürüşə şəhər sakinlərinin qoşulması qonaqlarda ruh yüksəkliyinə səbəb olub.
Xatırladaq ki, ötən il 13.08.2015-ci il tarixdə Nəsimi bələdiyyəsi və izmit bələdiyyəsi arasında "Qardaşlıq protokolu” imzalanıb. Elə bu səbəbdən dolayı, izmit bələdiyyəsi “Pişmaniyə festifalı”nın 8-cisini Nəsimi rayonu ərazisində reallaşdırmağı qərar vermişdi.
14-17 iyul 2016-cı il tarixində izmit bələdiyyəsi nümayəndə heyəti 8-ci Beynəlxalq Pişmaniyə Festivalının təşkili üçün Bakıda səfərdə olub.
Milli şirniləri olan pişmaniyə ilə bağlı festivalın ölkəmizdə baş tutması, iki dövlət – bir millət olan bu iki ölkənin mədəniyyətlərarası birliyinin təmin edilməsi və dəyərlərimizin gələcək nəsillərə ötürülməsində, yeni biznes əlaqələrin qurulmasında böyük rol oynayacağı ehtimal olunurdu. “Pişmaniye festivalı”nın heyətinin tərkibini 61 nəfər olmaqla, millət vəkili, izmit bələdiyyə sədri, məclis üzvləri, bələdiyyə personalı, mehteran qrupu və xüsusi qonaqlar təmsil edirdilər.
20 nəfərdən ibarət “mehteran” qrupu 14.07.2016-cı il tarixdə Nəsimi rayon icra Hakimiyyəti tərəfindən təmir edilmiş, Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yerləşən parkın açılış mərasimində iştirak etmiş, daha sonra bütün heyət başda Nəsimi rayon icra hakimiyyətinin nümayəndələri, Nəsimi bələdiyyəsinin sədri olmaqla Dövlət Bayrağı Meydanını ziyarət etmiş, mehteran qrupu ifaları ilə iştirakçıların böyük maraq və rəğbətini qazanmışdır.
15.07.2016-cı il tarixdə heyət ilkin olaraq, Nəsimi rayon icra Hakimiyyətinin, Türkiyə Səfirliyinin, Nəsimi bələdiyyəsinin nümayəndələri ilə birlikdə Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleks olan Fəxri xiyabanı, Azərbaycan və Türk şəhidliyini və Mustafa Kamal Atatürkün abidəsini ziyarət etmiş, daha sonra Cümə namazına qatılmış, nahardan sonra Nəsimi Rayon icra hakimiyyətində, Türkiyə səfirliyində və Nəsimi bələdiyyəsində festivalla bağlı protokol yazışmaları aparılmışdır. Axşam saat 21:00-da Park inn otelində mətbuatda canlı yayımda bələdiyyə sədrləri arasında hədiyyələrin təqdimatı olub.
Bələdiyyədən verilən məlumata görə, qonaqların Bakı səfəri, o cümlədən festivalın təşkilində bütün hazırlıqlar Nəsimi RiH-in təşəbbüsü ilə bələdiyyə tərəfindən həyata keçirilmişdir.
Lakin 16.07.2016-cı il tarixdə səhər saatlarında qardaş Türkiyədə cərəyan edən hadisələr festivalı təxirə salınmasına səbəb olmuş və yola düşmə ərəfəsində öz ölkələrinə Bakıdan dəstək olaraq izmit Bələdiyyəsinin nümayəndə heyyəti Nəsimi Bələdiyyəsinin iştirakıyla belə bir yürüş keçirmişlər
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|